“Xəzər Lənkəran” 5 futbolçusunun xidmətindən məhrum olur
24.01.2011 - 00:56
“Xəzər Lənkəran” 5 futbolçusunun xidmətindən məhrum olur
Yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” 5 futbolçusunun xidmətindən məhrum olur. Apasport.az saytının xəbərinə görə, qapıçı Kamran Ağayev, müdafiəçi Elnur Allahverdiyev, yarımmüdafiəçilər Rahid Əmirquliyevlə Eınur Abdullayev əsas milli komandamızın düşərgəsinə qoşulmaq üçün bu gün Bakıya qayıdırlar. Cənub təmsilçisinin yeni transferi Şəhriyar Xəlilov da U-21-in düşərgəsinə yollanır.

Xatırladaq ki, milli komandamız Berti Foqtsun rəhbərliyi altında Dubayda 14 günlük toplanış çərçivəsində Macarıstan və Ukraynanın “Metallist” klubu ilə yoxlama matçında qüvvəsini sınayacaq.