Yığmamız Antalyaya 24 futbolçu ilə yollanır
24.01.2011 - 11:20
Yığmamız Antalyaya 24 futbolçu ilə yollanır
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Bernard Lippert yanvarın 25-dən fevralın 4-ə qədər Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına 24 futbolçu cəlb edib: Anar Məhərrəmov, Səlahət Ağayev, Aleksandr Qross (hər üçü “İnter”), Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov, Murad Səttarlı (hamısı “Qarabağ”), Novruz Məmmədov (“Muğan), Fərrux Rəhimov, Kamil Nurəhmədov, Eşqin Quliyev, Orxan Həsənov (hamısı “Abşeron”), Fariz Məmmədov (“Bakı”), Emin Mustafayev (MOİK), Azər Məmmədov, Fərmayıl Əliyev (hər ikisi “Turan”), Rizvan Umarov (“Zenit”, Rusiya), Ceyhun Mürsəlov (“Minsk”, Belarus), Şəhriyar Xəlilov (“Xəzər Lənkaran”), Murad İsrafilov (klubsuz), Eldar Məmmədov (“Krasnodar”, Rusiya) Ülvi Qaibov (“Smena”, Moskva, Rusiya), Elman Salmanov, Arif Salmanov (hər ikisi “Moskva”, Rusiya).

Hazırlıq prosesinə dəvət olunan oyunçulardan 6-sı legioner olduğu halda, 17-si milli çempionatımızda oynayır. Türkiyəyə yollanacaq heyətdə yalnız 1 futbolçu klubsuzdur.

Mənbə: affa.az