Girts Karlson yeni rekordçumuz ola bilmədi
24.01.2011 - 11:51
Azərbaycan XIX “Birlik kuboku” turnirində 2 mübarizədə qalib oldu. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubu yarışda, onun latviyalı hücumçusu Girts Karlson 6 qolla bombardirlik marafonda 1-ci oldu. Latviya yığmasının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışda 7 oyunun 4-də qol vurdu. Karlsonun qrupda “İstiqlal” klubu ilə oyunda vurduğu qol rəqibin adına avtoqol kimi yazıldı. Yarımfinalda “Zenit”i 5:0 hesabı ilə yendikləri oyunda het-trik edən Girts ¼ finalda “Mika” (Ermənistan) ilə oyunda 2, qrupda “Neftçi” (Qırğızıstan) ilə görüşdə 1 qol vurdu. Ona qrupun son oyununda - “İskra-Stal” (Moldova) matçda və “Şaxtyor”la hesabın açılmadığı final matçında fərqlənmək mümkün olmadı. Düzdür, Karlson həlledici görüşdə ilk penalti zərbəsini dəqiq yerinə yetirə bildi.
Karlson bu uğuru ilə ölkəmiz turnirdə 2-ci dəfə bombardirlər yarışının qalibi oldu. Belə ki, 2005-ci ildə “Neftçi” finalda Moskva “Lokomotiv”inə uduzduğu zamanı gürcü hücumçu Georgi Adamiya turnirin ən sərrast oyunçusu olmuşdu. Maraqlıdır ki, Adamiya da onda buna 6 qolla imza atdı və Karlson finalda qol vurmayaraq, yeni rekordçu ola bilmədi. Ümumiyyətlə, turnirlərin bombardirləri daha çox bu sayda qolla 1-ci olurlar – 6 dəfə.
Qeyd edək ki, “Birlik kuboku”nun bombardirləri arasında ölkəmizdə oynamış 2 futbolçu olub. Özü də onların hər ikisinin – belaruslu Vladimir Makovski (“Dinamo”, Minsk, 1996-cı il) və latviyalı Vladimir Kolesniçenko (“Skonto”, 2000-ci il) vaxtilə məhz “İnter”də oynayıblar. Hər iki legioner “Birlik kuboku”nda Karlsondan az – 5 qolla bombardir olublar.

0
0