Adams “Qəbələ”nin futbolçusunu Terri ilə müqayisə etdi
24.01.2011 - 12:03
“Mən Con Terri üçün qorxuram. Onun neçə vaxtdır iynələrin gücünə oynaması yaxşı hal deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
İngiltərə futbolunun əfsanəsi Böyük Britaniya mətbuatına müsahibəsində “Çelsi”nin kapitanı Con Terrinin zədəsini sağaltmayaraq oynamağından narahatçılığını açıqlayıb: “Təkcə onun üçün yox, bunu edən istənilən oyunçu üçün narahatam. Bu vasitələr problemi həll etmir, sadəcə olaraq onu gizlədir. Bunun isə nəticələri ağır olur. 1996-cı ildə aldığım zədədən sonra mən də elə vəziyyətdə idim. Avropa çempionatının Almaniyayla yarımfinal oyununda zədələnmişdim. Lakin ağrılara dözüb əlavə vaxtı da mübarizə apardım”.
Adams futbolçuların zədələrinin çoxalmasında stadionların ot örtüyünün də rolunu qeyd edib: “İndiki örtüklər daha bərk, oynamaq üçün çətindir. Hər tullanışda futbolçunun yerə düşərək zədələnməsi təhlükəsi var”.
İngiltərəli mütəxəssis çalışdırdığı “Qəbələ”də də zədəli olmasına baxmayaraq oynamaq istəyən futbolçunun olduğunu bildirib: “İndiki komandamda 1 gənc oyunçu var. O, hər matçdan əvvəl iynə vurdururmuş. Mən xəbər tutanda onu dayandırdım. Tam müalicə olunmasını və istirahət etməsini tapşırdım. Buna 5 həftə vaxt getdi. Terri kimi o da meydana can atırdı. Lakin oynamaq naminə hər şey etmək olmaz. Gələcəyi də fikirləşmək lazımdır”.

0
0