Azərbaycan çempionu Kiyev “Dinamo”sunun rekordunu davam etdirdi
24.01.2011 - 15:17
Bakının “İnter” klubu qalibi olduğu “Birlik kuboku” turnirinin tarixində 2-ci ən yaxşı göstəriciyə imza atdı. Apasport.az saytının hesablamalarına görə, çempionumuzun yarışda keçirdiyi 6 oyunda qol buraxmayaraq, qələbəsi rekord olmadı. Çünki Kiyevin “Dinamo” klubu hələ 1998-ci ildə “Birlik kuboku”nu qazandığı zamanı 6 oyun keçirərək, hamısında qalib olub və qapısında top görməyib.
Ukraynalılar həmin vaxt C qrupunda çempionumuz “Kəpəz”lə bir qrupda yer alıb. Gəncə klubu turnirdə ən böyük hesablı məğlubiyyətini də məhz “Dinamo”dan alıb – 0:6. Qrupdan 12 qolla çıxan kiyevlilər ¼ finalda Tiflisdən olan adaşlarına 1:0, yarımfinalda Türkmənistanın “Kopetdağ” klubuna 5:0 hesabı ilə qalib gəlib. “Dinamo” finalda Moskva “Spartak”ını Kaxa Kaladzenin 48-ci dəqiqədə vurduğu qolla məğlub edib – 1:0.
Qalan turnirlərdə qalib olanlar ən azı 1 qol buraxıb. “Dinamo”nun “İnter”dən üstünlüyü daha çox qol vurmasıdır – 19. “İnter” 6 oyunda 16 dəfə rəqib qapısına yol taparaq, yalnız Belarusun “Şaxtyor” klubu ilə görüşdə (0:0) meydanı qolsuz tərk etdi. Komandamız oyun sonrası penaltilər seriyasında üstün oldu – 6:5. “İnter” də “Dinamo” kimi qələbələrinin yarından çoxunu – 4-ü böyük hesabla qazanıb.
Qeyd edək ki, gürcü Kaxaber Sxadadzenin çalışdırdığı komandamız qrupda “Neftçi” (Qırğızıstan) və “İstiqlal”a (Tacikistan) 3:0, ¼ finalda “Mika”ya (Ermənistan) 4:0, yarımfinalda “Zenit”ə (Rusiya) 5:0 hesabı ilə qalib gəldi. “İnter” yalnız qrupda son oyunda Moldovanın “İskra-Stal” klubunu minimal hesablı yendi (1:0).
Mehman SÜLEYMANOV

0
0