Yığmanın futbolçusu “Real”da pulsuz oynamağa hazırdır
24.01.2011 - 14:49
 Yığmanın futbolçusu “Real”da pulsuz oynamağa hazırdır
Hollandiya yığmasının futbolçusu Rud van Nistelroy maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Hamburq” klubunun 35 yaşlı hücumçusu uzun illər oynadığı Madrid “Real”ında pulsuz oynamağa hazır olduğunu bildirib. Van Nistelroy keçmiş komandasına qayıdışına ümidini itirmir. O, “Kral klubu”nun təklfi etdiyi məbləğin – 2 milyon avronun yarısını ödəməyə hazırdır: “Belə götürsək, mən “Real”da pulsuz oynaya bilərəm. Mənim üçün pul vacib deyil. Sadəcə, karyeramı “Kral klubu”nda bitirmək istəyirəm”.

Ancaq “Hamburq” Rudla yollarını ayırmaq istəmir. Klubun rəhbər şəxslərindən olan Bernd Hoffman hücumçunun klubla müqaviləsini pozacağı halda, onu məhkəməyə verəcəklərini bildirib.

Qeyd edək ki, “Real”da 2006-10-cu illərdə oynayan hollandiyalı ötən yay oradan “Hamburq”a keçib.