UEFA Azərbaycanı hesaba almadı
24.01.2011 - 16:53
UEFA-nın tərtib etdiyi illik hesabatda quruma daxil olan ölkələrin milli çempionatlarında qeydə alınan tamaşaçı sayları da araşdırılıb. Apasport.az saytının məlumatına görə, 53 ölkə birinciliklərinin 2009/10 və 2010 mövsümlərinin yekun sıralamasına Almaniya başçılıq edir. 13 milyon 5 min tamaşaçı toplayan Bundesliqanın hər matçı orta hesabla 42500 seyrçi izləyib. İngiltərə və İspaniya çempionatları müvafiq olaraq 2 və 3-cü yerləri tutublar. UEFA-nın hesabatında yalnız 50 ölkənin göstəriciləri əks olunub. Digər 3 ölkə üçün isə “Məlumat yoxdur” ifadəsi əks olunub. Bunlar çempionatı olmayan Lixtenşteyn və Azərbaycanla San-Marinodur. UEFA ölkəmizlə bağlı göstəricini hesaba almamağın səbəbi kimi kifayət qədər etibarlı məlumatın olmamağı ilə izah edilib.
- "Yuventus"dan 33 milyonluq transfer – "Çelsi"ni qabaqladı
- Vinçentso İtalyano “Beşiktaş”ı təriflədi – “Belə atmosfer görməmişdim”
- “Qarabağ”, “Neftçi”, "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - AFİŞA
- KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı – YENİLƏNİR
- "Leççe"nin futbolçusu itkin düşüb – 2 həftədir xəbər yoxdur
0
0