Mənsimov ”İnter”i təbrik etdi
24.01.2011 - 16:15
“Xəzər Lənkəran” klubu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Birlik kuboku”nun qalibi olmuş Bakının “İnter” klubunu təbrik edib. Apasport.az saytının məlumatına görə, klub prezidenti Mais Mənsimov paytaxt təmsilçisindən olan həmkarı Georgi Nikolova ünvanladığı məktubda bakılıların sevincinə şərik olduqlarını bildirib:
“Sizi başçılıq etdiyiniz “İnter”in Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Birlik Kuboku” oyunlarında qalib gəlib kubok qazanması münasibəti ilə ürəkdən təbrik edirəm! Azərbaycan klubunun belə yüksək mükafata layiq olması bizi sevindirməyə bilməz. Komandanızın turnir ərzində inamlı qələbələri, sərgilədiyi gözəl futbol Azərbaycanın adını daha da yüksəldib ölkəmizi güclü idman diyarı kimi tanınmasına böyük töhfə oldu. “İnter”ə yeni zirvələr fəth etməyi arzulayıram”.
Qeyd edək ki, Sankt-Peterburqda keçirilən ilk turnirdə - 2008-ci ildə “Xəzər Lənkəran” qalib gəlmişdi.

0
0