Azad Rəhimov: Gələcəkdə futbolumuzda daha da gözəl qələbələrimiz olacaq
24.01.2011 - 17:04
“Biz sevinirik ki, MDB ölkələri arasında keçirilən ənənəvi “Birlik kuboku”nda Azərbaycan qalib gəlir. Bundan öncə 1 dəfə “Neftçi” və 1 dəfə isə “Xəzər Lənkəran” bu kuboka sahibi olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gənclər və idman naziri Azad Rəhimov deyib.
Göygöl rayonunda Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimində iştirak edən nazir Bakının “İnter” klubunun “Birlik kuboku”ndakı zəfərinə də toxunub: “Bu kubokda qazanılan qələbələr onu göstərir ki, həqiqətən Azərbaycanda futbolun gələcəyi var və biz buna inanırıq. Bunun üçün futbolda böyük islahatlar, işlər görülür. Sadəcə bizim üçün vaxt lazımdır. AFFA ilə Gənclər və İdman Nazirliyinin birlikdə yaratdığı U-13 liqası uşaqları futbola cəlb etmək və bu idman növünə olan maraqlarının artırılması üçün böyük bir imkandır. Mən inanıram ki, gələcəkdə bizim futbolda bundan da gözəl qələbələrimiz olacaq.”
Qeyd edək ki, son Azərbaycan çempionu “İnter” tarixində ikinci dəfə qatıldığı yarışın qalibi olub.
Ayxan Hüseynov

0
0