“Saxalin”dən “Xəzər Lənkəran”a - FOTO
26.01.2011 - 00:02
“Saxalin”dən “Xəzər Lənkəran”a - FOTO
“Xəzər Lənkəran” klubunda çalışacaq əcnəbi həkimin adı dəqiqləşib. Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının məlumatına görə, Boris Xetaqurovun gedişindən sonra bu posta moldovalı mütəxəssis Yuri Keptene çalışacaq.

1984-cü ildə Kişinyovda Dövlət Tibb Universitetini bitirən Keptene Tiraspolun “Şerif” (1992-2002) çalışıb. 2002-ci ildən 2005-ci ilədək Moldova yığmasının həkimi olub. Həmyerlimiz Emin Ağayevin vaxtilə şərəfini qoruduğu “Nosta”da da işləyən (2006-2006) Keptene 2006-2008-ci illərdə “Daçiya”, 2008-2009-da isə Rusiya təmsilçisi “Saxalin”də fəaliyyət göstərib.