“Muğan”dan daha 1 transfer
26.01.2011 - 11:00
“Muğan”dan daha 1 transfer
Salyanın “Muğan” klubu daha bir yerli futbolçunu heyyətinə qatıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ” klubunun 22 yaşlı yarımmüdafiəçisi Pərvin Paşayev karyerasını Salyan təmsilçisində davam etdirəcək. 2007-ci ildən qəbələlilərin formasını geyən orta sahə oyunçusu gənclərdən ibarət milli komandanın da üzvü olub. O, 2010-cu ilin may ayında Moldova - Azərbaycan U-21 milli yığma komandalarının görüşündə milli komandamıza 45 dəqiqə kömək edib.