FİFA Ukrayna futbolunu Azərbaycanın aqibəti ilə üzləşdirə bilər
26.01.2011 - 12:01
FİFA Ukrayna Futbol Federasiyasını (UFF) cəzalandıracağı ilə hədələyib. Apasport.az saytının məlumatına görə, dünya ali futbol qurumu ukraynalı siyasətçiləri futbol həyatına müdaxilə etdiklərindən, bu ölkənin beynəlxalq arenada çıxışına qadağa qoya bilər.
FİFA-nın nümayəndələri UFF-a göndərdikləri açıq məktubda bildirib ki, bununla əlaqədar onları diskvalifikasiya etmələri mümkündür. UFF-nın bir sıra üzvləri ötən ilin dekabrında prezident Qriqori Surkisin istefası ilə bağlı çıxış ediblər. Onlar bunu Surkisinin qardaşı İqorun prezidenti olduğu Kiyev “Dinamo”suna simpatiyasına görə ediblər. FİFA bəyan edib ki, əgər indiki rəhbərlər istefaya göndərilsələr, UFF-nın yeni idarəedici orqanı ilə əlaqə saxlamayacaqlar: “FİFA Ukrayna futbol qurumunun rəhbərliyinin onların səlahiyyət müddəti bitənə kimi – 2012-ci il dekabrın sonuna kimi fəaliyyətini davam etdirməsini təkid edir. FİFA digər rəhbərliyi tanımır. Tələblərimiz bu il fevralın 4-ə kimi yerinə yetirilməzsə, məsələni FİFA-nın Fövqəladə Komitəsinə verəcəyik. Qurumun Nizamnaməsinin 14-cü maddəsinə uyğun olaraq müvafiq sanksiyanın tətbiqini tələb edəcəyik”.
Bu zaman UFF FİFA-nın üzvlüyündən çıxarılmaqla, gələn il Polşa ilə birgə keçirilməli olan Avropa çempionatının final mərhələsinin təşkilatçılıq hüququndan da məhrum olacaq.
Qeyd edək ki, FİFA-nın bunadək cəzalandırdığı ölkələr arasında Azərbaycan da olub. Analoji müdaxiləyə (2002-03-cü illər) görə AFFA cəzalandırıldığından, klublarımız 2 il beynəlxalq miqyaslı oyunlara buraxılmadılar.

0
0