FİFA Bakıdakı stadionla bağlı rəy verəcək
26.01.2011 - 11:27
FİFA Bakıdakı stadionla bağlı rəy verəcək
AFFA tərəfindən Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində inşa olunan stadiondakı örtüyə rəy veriləcək. Apasport.az saytının məlumatına görə, UEFA-nın quraşdırdığı süni örtüyün sertifikatlaşdırılması ilə əlaqədar FİFA-nın müvafiq laboratoriyasının üzvləri Bakıdadırlar. Onlar süni örtüyə FİFA-nın sertifikatının verilməsi ilə bağlı rəy verəcəklər.

Qeyd edək ki, AFFA ən yüksək sertifikat olan 2 ulduzun alınması üçün artıq FİFA-ya müraciət edib.

Mənbə: affa.az