Yığmamızın rəqibi üçün 25 futbolçu
26.01.2011 - 12:00
Yığmamızın rəqibi üçün 25 futbolçu
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqiblərindən olan Qazaxıstan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 9-da Türkiyənin Antalya şəhərində yoldaşlıq oyunu keçirəcək qazaxlar bu matça 25 futbolçu ilə gedəcək. Bu oyunçular Belarus millisi ilə qarşılaşmada iştirak etmək imkanı qazanacaq.

Qapıçılar: Andrey Sidelnikov, Aleksandr Mokin, David Loriya

Müdafiəçilər: Kayrat Nurdauletov, Mixail Rojkov, Fərhadbəy İrismetov, Samat Smakov, Aleksandr Kislitsın, Vladislav Çernışov, Aleksandr Kirov, Anton Çiçulin, Renat Abdulin

Yarımmüdafiəçilər: Andrey Karpoviç, Kazbek Qeteriyev, Azat Nurqaliyev, Ulan Konısbayev, Aslan Darabayev, Maksim Azovski, Dmitri Şomko, Serikjan Skorıx, Yevgeni Averçenko

Hücumçular: Nurbol Jumaskaliyev, Sergey Xijniçenko, Sergey Ostapenko, Andrey Finonçenko

Qeyd edək ki, Xijniçenko azərbaycanlı Ramiz Məmmədovun baş məşqçisi olduğu “Atırau” klubunun futbolçusudur.