Kaxaber Mjavanadze: “İnter”in siyasəti belədir və yəqin ki, düzdür
26.01.2011 - 12:24
Bakının “İnter” klubunun heyətində “Birlik kuboku”nun qalibi olan Kaxaber Mjavanadze Ukraynaya yollanıb. Apasport.az saytının məlumatına görə, gürcü müdafiəçi “İnter”dəki həmyerlisi İlya Kandelaki və yığmamızın milliləşdirilən ukraynalı futbolçusu Vladimir Levin kimi vaxtilə Odessanın “Çernomorets” klubunda oynayıblar. Komanda yoldaşlarından ilk olaraq Odessaya gələn Mjavanadze yerli mətbuata müsahibə verib. O, söhbətə səfəri ilə bağlı başlayıb.
– Ukraynaya cəmi 3 günlük gəlmişəm. Odessada həyat yoldaşım yaşayır. Onunla ötən yay ailə həyatı qurdum. İstirahətdən sonra Antalyaya yollanacağam. “İnter” Azərbaycan çempionatının yaz mərhələsinə hazırlıq məqsədilə orada təlim-məşq toplanışı keçəcək. Biz turnir cədvəlindəki vəziyyətimizi düzəltməliyik. 3-cü yerdə gedirik, bu isə bizi qane etmir. Komandanın qarşısında daha ciddi vəzifə durur – çempion adını qazanmaq. Ona görə də hər oyunda vuruşacağıq.
- “İnter” Sankt-Peterburqda keçirilən “Birlik kuboku”nun qalibi olmaqla, bu il artıq ilk uğurunu qazanıb. MDB-nin ən yaxşı klublarının ənənəvi yarışında iştirakla bağlı təəssüratlarınız necədir?
- Əlbəttə ki, müsbət. Turnir çox çətin idi. Oyunlar bir gündən bir keçirilirdi. Yaxşı ki, kuboku qazanmağa gücümüz çatdı. Ən əsəbi oyun finalda oldu. Belarusun “Şaxtyor” klubu ilə görüşürdük. Ancaq həmin matçda oyun sonrası penaltilərlə qalib gəldik.
- “İnter” 6 oyunun heç birində qol buraxmadı. Belə çıxır ki, “İnter”in müdafiə xətti və qapıçıları daha etibarlıdır?
- Bəli, biz bu turnirdə qol buraxmadıq. Ancaq bu, bütün komandanın xidmətidir. Mən ayrılıqda kimisə fərqləndirə bilmərəm. Çünki bütün futbolçular hər oyunda mübarizə apararaq, hər şeyi düzgün etməyə çalışırdı.
- “Birlik kuboku”nda çoxlu dostlarınız, yaxud tanışlarınızla görüşdünüz?
- Cəfər İrismetovla görüşdüm. Onunla əvvəllər Moskva “Spartak”ında birgə oynadıq, sonda Mahaçqalanın “Anji” klubuna keçdik. Dağıstan klubunda uzun müddət birgə oynadıq: mən 4, o, 3 il.
- Həmyerlimiz və “Çernomorets”dən keçmiş komanda yoldaşınız, indi isə “İnter”də birgə oynadığınız İlya Kandelakinin işləri necədir? Bakı klubu onunla neçə illik müqavilə bağladı?
- İlyada hər şey yaxşıdır. “İnter”lə 1 illik müqavilə imzalayıb. Yeri gəlmişkən, yayda mənim kimi onun da müqaviləsi eyni vaxtda bitir. Ümumiyyətlə, “İnter”də uzun müddətli müqavilələr nadir hallarda imzalanır. Klubun siyasəti belədir. Yəqin ki, düzdür.
- Bakıda yenə qalmaq istəyirsiniz?
- Niyə də yox? “İnter”də məni qiymətləndirir və hörmət edirlər. Üstəlik, klubda hər şey xoşuma gəlir. O, həmişə yüksək yerlər uğrunda mübarizə aparır.

0
0