Xuliqan azarkeşlərə 240 illik həbs cəzası
26.01.2011 - 15:03
Serbiyalı xuliqan azarkeşlər ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə Avroliqada keçirilən “Partizan” (Serbiya) – “Tuluza” (Fransa) oyunundan öncə qonaqların 28 yaşlı azarkeşi Bris Tatonu vəhşicəsinə öldürən 15 serb azarkeş Belqrad məhkəməsi tərəfindən 240 illik həbs cəzası kəsilib. Məhkəmə hadisələrin başlanmasının əsas səbəbkar saydığı serb xuliqanlarının lideri Qyorje Preliçə 35, Dejan Puziqaçaya 32 illik cəza hökmü oxuyub. Lyubomir Markoviçlə İvan Grkoviçə 30 illik cəzalandıran məhkəmə digər xuliqanlara 12-14 il arasında iş verib.
Qeyd edək ki, 3 fransalı tərəfdarı Belqraddakı kafedə beysbol çubuqları ilə döyən 15 serb xuliqan Tatonu balkondan atmışdılar. O, xəstəxanada həyatını itirmişdi.
Qeyd edək ki, 3 fransalı tərəfdarı Belqraddakı kafedə beysbol çubuqları ilə döyən 15 serb xuliqan Tatonu balkondan atmışdılar. O, xəstəxanada həyatını itirmişdi.
0
0