“Xəzər Lənkəran”a lazım olmayan futbolçu Portuqaliyada oynayacaq
26.01.2011 - 16:46
Moldova yığmasının gələn ay Polşa və Andorra milliləri ilə yoldaşlıq görüşlərinə heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qabi Balint yenilədiyi son siyahıya ölkəmizdən heç bir futbolçunun adını daxil etməyib. Halbuki rumıniyalı mütəxəssis “Bakı” klubunun müdafiəçiləri Vadim Boretslə Aleksey Savinovu mütəmadi çağırırdı. Ancaq hər iki futbolçu “Bakı”nın almaniyalı sabiq baş məşqçisi Vinfred Şaferin dövründə əsas heyətdə yerlərini itirdilər.
Balint 25 nəfərlik siyahıda milli çempionatımızın iştirakçısı olmuş 2 futbolçuya yer verib. Bunlar ötən mövsümü müvafiq olaraq “Xəzər Lənkəran” və “Olimpik-Şüvəlan”da keçirən yarımmüdafiəçi Denis Kalinkovla hücumçu Anatoli Doroşdur. Kalinkov ötən yay Lənkəran klubundan çıxarılandan sonra hələ də klubsuzdur. Doroş isə bir neçə gün öncə Qazaxıstanın “İrtış” klubuna keçdi.
Qeyd edək ki, Moldova Portuqaliyadakı təlim-məşq toplanışında Polşa ilə fevralın 6-da, Andorra ilə 9-da görüşəcək.

0
0