Azərbaycan futbol yığmasında daha bir alman məşqçi
26.01.2011 - 16:22
Azərbaycan futbol yığmasında daha  bir alman məşqçi
15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, bu vəzifələr almaniyalı mütəxəssis Nikolay Adama həvalə olunub.

Adam AFFA tərəfindən keçirilən UEFA-nın məşqçi kurslarına rəhbərlik edib və U-15, U-16 komandalarının baş məşqçisi vəzifəsi ilə yanaşı, məşqçi kurslarındakı fəaliyyətini də davam etdirəcək.

Nikolay Adam
Doğulduğu tarix:11dekabr 1972-ci il
Milliyyəti: Alman

Peşəkar məşqçi və təlimatçı təcrübəsi
İyul 2010 - Məşqçı Kursları - Bakı/Azərbaycan - AFFA
May 2010 - Məşqçı Kursları - Hennef/Almaniya (Beynəlxalq Məşqçı Kursları)
Aprel 2010 - Məşqçı Kursları - Sekunda/Cənubi Afrika - SAFA
Noyabr 2009 - Məşqçı Kursları - Vindxuk/Namibiya - NFA
Avqust/Sentyabr 2009 - Məşqçı Kursları - Maseru/Lesoto - LeFA
Sentyabr 2008 - Müvəqqəti vəzifə - Baş məşqçi - TGM SV Jügesheim
(Verbandsliga Hessen Süd)
Oktyabr/Noyabr2007 - Məşqçı Kursları - Nelspruit/Cənubi Afrika - SAFA
Avqust/Sentyabr 2007 - Məşqçı Kursları - Kiqali/Ruanda - FERWAFA
İyun 2006–İyul 2007 - Baş məşqçi- Viktoriya Kahl (Landesliga Bayern Nord)
May 2001–İyun 2005 - İdman direktoru – İdman mərkəzi CURES - Dietzenbax/Almaniya
İyul 2002–İyun 2003 - Köməkçi-məşqçi - Almaniya Ober-Roden
(Oberliga Hessen-ə keçib)
Oktyabr 1999–Sentyabr 2000 - Köməkçi-məşqçi - Kunimi futbol komandası/Yaponiya
İyul–Oktyabr 1999 - Köməkçi-məşqçi - Almaniya Ober-Roden (Landesliga Hessen Süd)
May/İyun 1999 - Hessen əyalətində Gənclərin İnkşafı Proqramının rəhbəri
İyun 1998–İyul 1999 - Almaniya Ober-Rodendə Gənclərin İnkşafı Proqramının rəhbəri
İyul 1997–İyul 1998 - Hərbi xidmət yerində qulluq
İyul 1996–İyun 1998 - Viktoria Kleestadtdə Gənclərin İnkşafı Proqramının rəhbəri
İyul 1995–İyun 1996 - Sportfreunde Seligenstadtdə gənc məşqçi

Futbolçu karyerası:
Almaniyada - Oberliga Hessen (SV Bernbach)
Xaricdə - Brisbane Premyer Liqası (Brisbane Strikers, Brisbane/Avstraliya, 2006)
KYU-Liqası (Kunimi FC, Kyuşu/Yaponiya, 1999/2000)

Təhsil:
Noyabr 2006 – İyun 2007 - UEFA PRO Lisenziyalı / DFB Fussball-Lehrer-Lizenz
Hennes-Weisweiler Akademie, Köln/Almaniya
Oktyabr 2002 – Noyabr 2002 - UEFA A-Lisenziyalı
Sportschule, Stuttgart-Ruit/Almaniya
(yalnız ali idman təhsilli mütəxəssislər üçün xüsusi kurslar)
Sentyabr 1998 – Sentyabr 1999 - İdmanManagementi diplomu
Fortbildungsakademie der Wirtschaft, Hanau/Almaniya
Oktyabr 1995 – Sentyabr 1996 - UEFA B-Lisenziyalı
İoqann Volfqang Gete adına İdman Universiteti - Frankfurt/ Almaniya
Oktyabr 1992 – İyul 1997- İdman Elmləri magistri
İohann Volfqanq Göte adına İdman Universiteti, Frankfurt/ Almaniya

Mənbə: affa.az