“Poşkus ilk öncə Sxadadze ilə məsələni aydınlaşdırmalıdır”
26.01.2011 - 17:27
Bakının “İnter” klubu litvalı bombardiri Robertas Poşkusun yolunu gözləyir. Klubun prezidenti Georgi Nikolov apasport.az saytına açıqlamasında “Birlik kuboku”nda komandanın düşərgəsində olmayan təcrübəli hücumçunun Türkiyədə hazırlığın 2-ci mərhələsinə qatılmasının nəzərdə tutulduğunu bildirib. İl yarımdır “İnter”in şərəfini qoruyan Poşkus hələ Sankt-Peterburqdakı turnirə qədər Antalyada hazırlıq prosesinə qatılmadı. Bunu ailə problemləri ilə əlaqələndirərək, vətənində qalan Robertasın qayıdandan sonra işi çətinləşəcək. Çünki onun daha çox ehtiyatda saxladığı latviyalı həmkarı Girts Karlson “Birlik kuboku”nda parlayaraq, 6 qolla turnirin bombardiri oldu.
Nikolovun sözlərinə görə, telefonla danışdığı Poşkus qayıdaraq, ilk olaraq baş məşqçi Kaxaber Sxadadze ilə məsələni aydınlaşdırmalıdır: “Gürcü çalışdırıcımızı da başa düşmək lazımdır. Poşkus əsas futbolçularımızdan, qol ümidlərimizdəndir. Ancaq Antalyada ilk hazırlıq mərhələmizə qatılmayan litvalı hücumçumuz gəlmədiyindən, onun adını “Birlik kuboku”ndakı iştirak ərizəmizə daxil edə bilmədik. Sxadadzenin buna reaksiyasını anlaşılandır. Fikrimcə, Robertas şəxsi problemlərini əvvəldən həll etməli idi. O, bizə gec xəbər verdiyindən, çətin vəziyyətdə qaldıq. Poşkus səviyyəli futbolçu olduğundan, onu komandamızda görmək istəyirik. Ancaq o, Türkiyədə hazırlığımıza qatılıb, baş məşqçi ilə məsələni aydınlaşdırmalıdır”.
Mehman SÜLEYMANOV

0
0