“Qəbələ” afrikalı futbolçuları sınayır - FOTO
26.01.2011 - 18:02
“Qəbələ” afrikalı futbolçuları sınayır - FOTO
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” baxışa yeni legionerlər cəlb edib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Toni Adamsın komandasının heyətinə 3 afrikalı futbolçu qatılıb. Onlardan Arokoyo Gbennga və Kpakor Kevin Oryman nigeriyalı, Medjo Ntye isə kamerunludur. Müdafiəçi, yarımmüdafiəçi və hücumçu olan bu futbolçular barədə yekun qərar yaxın günlərdə veriləcək.

Qeyd edək ki, “Qəbələ” sabah növbəti yoldaşlıq oyununu keçirəcək. Hazırlığını gündəlik 2 məşqlə davam etdirən əyalət təmsilçisi yanvarın 28-də Vətənə dönəcək.