Yığmamızın futbolçusu müqavilə imzaladı, şərəfinə tort kəsildi - FOTO
26.01.2011 - 17:35
Yığmamızın futbolçusu müqavilə imzaladı, şərəfinə tort kəsildi - FOTO
Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Qəbələ” klubu hücum xəttini daha bir futbolçu ilə gücləndirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bir neçə gündür baxışda olan milli komandamızın futbolçusu Murad Hüseynovla 2,5 illik müqavilə imzalanıb. Həmin gün Murad üçün yaddaqalan və əlamətdar olub. Belə ki, yanvarın 25-i ad gününü qeyd edən gənc futbolçu 22-ci ilinə “Qəbələ” ilə qədəm qoyub. Bununla bağlı “Qəbələ”nin Antalyadakı bazasında Muradın şərəfinə tort kəsilib.

Qeyd edək ki, son klubu Serbiyanın 1-ci divizion təmsilçisi “Mladost” olan Muradın oyunu milli komandamızın baş məşqçisi Berti Foqtsun diqqətini cəlb edib. O, “Qəbələ”yədək Almaniyanın “Fortuna” klubunda baxışda olan gənc hücumçunu yanvarın 27-dən fevralın 10-dək Dubaydakı təlim-məşq toplanışına aparacaq.