Murad Hüseynov: Azərbaycan çempionatı Serbiyadan daha səviyyəlidir
26.01.2011 - 18:50
Azərbaycan yığmasının və ”Qəbələ”nin yeni futbolçusu Murad Hüseynovun klubunun rəsmi saytına müsahibəsi
- Milliyətcə azərbaycanlı olsanız da, Azərbaycan futbol azarkeşlərinə tanış deyilsən. Özün haqda futbolsevərlərimiz məlumatlandırardınız…
- Mahaçqalada anadan olmuşam. Əslən azərbaycanlıyam. Nənəm Azərbaycanda doğulub. Futbol həyatıma anadan olduğum şəhərdə başlamışam. İlk məşqçim Rafael Səfərov olub. O, mənə uşaqlıqdan futbolun sirlərini öyrədib. Buna görə də müəllimimə minnətdaram. Daha sonra “Anji”nin əvəzedici heyətində çıxış etmişəm. 16 yaşımda isə bu klubla ilk peşəkar müqaviləmi imzalamışam. Həmin mövsüm əsasən ehtiyatda qalsam da, 5 qol vurdum. Amma zədə problemi işlərimin yaxşı getməsinə mane oldu və bu səbəbdən futboldan bir müddət ayrı qaldım. Zədəmi sağaldandan sonra Serbiyanın “Mladost” klubundan dəvət aldım. Bu futbola qayıtmaq üçün əla fürsət idi. Ona görə də təklifi düşünmədən qəbul etdim.
- Bildiyimizə görə, sizi millimizin baş məşqçisi Berti Foqts kəşf edib. Bunu necə xatırlayırsan?
- Bunda Mahaçqaladakı məşqçinin də rolu az olmayıb. Orada Kamil adlı azərbaycanlı uşaq məşqçisi Kamil AFFA rəsmiləri ilə görüşündə məni məsləhət görüb. Bundan sonra qurumdan mənimlə maraqlandılar və milli komandaya dəvət aldım. Məşqdən sonra Berti Foqts mənimlə söhbət etdi və həmin zamandan mütəmadi olaraq yığmaya dəvət alıram.
- “Qəbələ” haqqında ilkin təəssüratlarınız necədir? Komandadakı ab-havanı necə qiymətləndirirsən?
- Bildiyiniz kimi, bundan öncə Almaniyanın “Fortuna” (Düsseldorf”) klubunda baxışda oldum. Orada bir nəticəyə gələ bilmədik. Daha sonra “Qəbələ”dən dəvət aldım. Etiraf etməliyəm ki, “Qəbələ”dən bu cür yüksək səviyyəli təşkilatçılıq, peşəkar yanaşma və gözəl atmosfer gözləmirdim. Həqiqətən də hər şey yüksək səviyyədədir. Baş məşqçimiz Toni Adams möhtəşəm kollektiv yaratmağı bacarıb. Komandanın gələcəkdə çox yüksək yerlərdə möhkəmlənəcəyinə heç bir şübhəm yoxdur. Mən də bu yolda komandanın üzvü olması və gözəl nəticələr üçüm əlimdən gələni etmək istəyirəm. Buna görə də “Qəbələ” ilə 2,5 illik müqavilə imzaladım.
- Serbiyadan sonra Azərbaycanda oynamaq çətin olmayacaq ki?
- Məncə, Azərbaycan çempionatı daha səviyyəlidir. Düzdür, Azərbaycan çempionatında oynamamışam, amma burda oynayan dostlarımın yaratdığı təəssürata istinadən bunu deyə bilərəm. Burada legioner sayı çoxdur, rəqabət güclüdür. “Qəbələ”də məni maraqlı futbol həyatı gözləyir.
- “Qəbələ”nin azarkeşlərinə sözünüz...
- Azarkeşlərimizə sözüm odur ki, mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Onlara çempionluq yaşatmaq istəyirəm. Bununçün də stadionlara gəlib bizi dəstəkləmələrini istəyirəm. Azarkeşlərimizlə birgə olsaq, hər şeyin daha asan olacağını düşünürəm. Onların qarşısına çıxmağı səbirsizliklə gözləyirəm.

0
0