“Qarabağ” ukraynalılarla heç-heçə etdi
26.01.2011 - 20:03
“Qarabağ” ukraynalılarla heç-heçə etdi
Bu gün Ağdamın ”Qarabağ” klubu Türkiyənin Antalya şəhərindəki 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun çalışdırdığı komandamız Ukraynanın Premyer Liqa təmsilçisi “İlyiçevets” klubu ilə görüşüb. Oyun heç-heçə bitib – 2:2.
Hesabı 17-ci dəqiqədə yığmamızın hücumçusu Rauf Əliyev topu boş qapıya göndərməklə açır. Ukraynalılar 65-ci dəqiqədə Krivaşenkonun sayəsində tarazlığı bərpa edə bilir. Ağdamlılar 72-ci dəqidədə hesabda yenidən irəli çıxır və bu dəfə də millimizin üzvü fərqlənir. Samir Abasov başla topu qapıdan keçirir. Ancaq ”Qarabağ” qələbəni sona 5 dəqiqə qalmış əldən verir. Budkovski da başla fərqlənir.