Yığmanın üzvləri “Neftçi”nin düşərgəsini tərk etdilər
27.01.2011 - 10:08
Yığmanın üzvləri “Neftçi”nin düşərgəsini tərk etdilər
Antalyada təlim-məşq toplanışı keçən Bakının “Neftçi” klubunun 4 üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yola düşüb. Apasport.az saytının məlumatına görə, Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov və Amit Quluzadə adıçəkilən şəhərdə hazırlıq prosesi keçəcək Azərbaycan milli komandasının düşərgəsinə qoşulacaqlar. Onlar yığmanın təlim-məşq toplanışında iştirak etməklə yanaşı, yoldaşlıq görüşlərində də qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan yığması yanvarın 27-dən fevralın 10-dək Dubayda təlim-məşq toplanışında olacaq.

Mənbə: neftchifc.com