Samuel Eto’O Azərbaycanda oynayan futbolçularla görüşəcək
27.01.2011 - 10:31
Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz fevralın 9-da Kamerun millisi ilə keçirəcəkləri yoldaşlıq görüşünə heyət açıqlayıb. Apasport.az saytının məlumatına görə, Yonuz Premyer Liqamızda oynayan 2 futbolçunu çağırıb. Bunlar “Neftçi”nin müdafiəçisi İqor Mitreski ilə “İnter”in yarımmüdafiəçisi Filip Despotovskidir.
Bakı klublarının futbolçuları FİFA-nın “pəncərəsi”ndə yoldaşlıq görüşləri üçün nəzərdə tutulmuş tarixdə yığmalarının düşərgəsində olaraq, məşhur Samuel Eto’Onun kapitanı olduğu Kamerunla görüşəcək. Yonuz “Neftçi”nin digər makedoniyalı futbolçusu – yarımmüdafiəçi Slavço Georgiyevskiyə bu dəfə ehtiyac duymayıb.

0
0