“Məni sevindirən komandanın sonadək mübarizə aparmasıdır”
31.01.2011 - 10:38
“Əvvəllər də qeyd etdiyim kimi, belə oyunlarda nəticə ən əhəmiyyətli məsələ deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lippert deyib.
Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində Almaniyanın “Mayns” klubunun əvəzedici heyətinə 1:3 hesabı ilə uduzan yığmamızın çalışdırıcısı AFFA-nın rəsmi saytına açıqlama verib: “Daha vacib olan futbolçuların hazırlıq səviyyəsini, onların komandaya nə dərəcədə faydalı olmasını müəyyənləşdirməkdir. Konkret bu oyunda məni sevindirən amil komandamızın oyunun sonuna qədər mübarizə aparması oldu”.

- "Arsenal" "Real Madrid"in futbolçusu ilə maraqlanır
- Rafa Silva “Benfika” ilə anlaşıb: Sabah Lissabona gedəcək
- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"
- "Arsenal" İngiltərə millisinin üzvünü icarəyə verir
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
0
0