Ramiz Məmmədovun komandası qələbələri sıralayır
31.01.2011 - 10:56
Ramiz Məmmədovun komandası qələbələri sıralayır
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədovun baş məşqçisi olduğu Qazaxıstanın “Atırau” klubu qış fasiləsində ikinci təlim-məşq toplanışına başlayıb. Apasport.az saytının məlumatına görə, həmyerlimizin yetirmələri toplanış çərçivəsindəki ilk yoxlama oyununda Rusiya təmsilçisi “Qazovik”lə qarşılaşıb. Bu ildən 1-ci divizionda çıxış edəcək Orenburq təmsilçisi ilə matçda “Atırau” qalib gəlib – 2:1. Məmmədov bolqar Yanko Vılkanov və Barujan Colçiyevin qollarına sevinib. Rusiyalılarda isə Konsdtantin Nizovtseb fərqlənib.

Qeyd edək ki, bu Məmmədovlu “Atırau”u 4 matçda ardıcıl olmaqla 3-cü qələbəsidir.