Junior fikrindən döndü: “Xəzər Lənkəran”da oynamaq istəyirəm
31.01.2011 - 11:15
Aluisio Çaves Ribeyro Moraeş Junior “Xəzər Lənkəran” klubu ilə bağlı xəyalları ilə ayrıla bilmir. Apasport.az saytının məlumatına görə, Mirça Rednikin komandasında görmək istədiyi 24 yaşlı hücumçu bir müddət əccəl Rusiya Premyer Liqasında oynamağa üstünlük verdiyini desə də artıq fikrindən daşınıb. Bunun səbəbi onun ruslara lazım olmamağıdır.
Braziliyalı futbolçu bunu belə izah edib: “Hələlik “Qloriya”da qalıram. İnanıram ki, yayda Lənkərana gedəcəyəm. “Xəzər Lənkəran”da oynamaq istəyirəm”.
Rednik də yaya qədər gözləməyin əleyhinə deyil: “Mən Junioru tanıyıram. O, yaxşı futbolçudur. Yaya qədər “Qloriya”da qalsın. Sonra onu komandama apararam”.
Qeyd edək ki, Braziliyanın məşhur “Santos” klubunun yetirməsi olan Junior sonradan vətənində “Ponte Preta” və “Santo Andre”nin şərəfini qoruyub. Hücumçu ötən ili Rumıniyanın “Qloriya” klubunda keçirib.

- "Arsenal" "Real Madrid"in futbolçusu ilə maraqlanır
- Rafa Silva “Benfika” ilə anlaşıb: Sabah Lissabona gedəcək
- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"
- "Arsenal" İngiltərə millisinin üzvünü icarəyə verir
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
0
0