“Abşeron” Rumıniya klubu ilə “sülh” bağladı
31.01.2011 - 11:34
“Abşeron” Rumıniya klubu ilə “sülh” bağladı
Azərbaycan çempionatının I divizionunda çıxış edən “Abşeron” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Mirbağır İsayevin yetirmələri Rumıniyanın “Viktoriya” (Braneşti) klubu ilə görüşüb. Qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, Rumıniya çempionatının güclülər dəstəsində baş tutan 18 turdan sonra “Viktoriya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.