“Abşeron” “Zenit”ə də uduzmadı
31.01.2011 - 13:15
“Abşeron” “Zenit”ə də uduzmadı
Qış hazırlıq məşqlərini Türkiyənin Antalya şəhərində davam etdirən “Abşeron” klubu 6-cı yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi Rusiyanın Sankt-Peterburq şəhərinin “Zenit” klubu ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Mirbağır İsayevin yetirmələri Türkiyədə son oyununu fevralın 2-də Rumıniyanın “Vointa Sibiu” komandasına qarşı keçirəcək.

Qeyd edək ki, “Abşeron” əvvəlki 5 oyunda “Vuppertal” (Almaniya) 4:2 və “Akjayık”a (Qazaxıstan) 1:0 hesabları ilə qalib gəlmiş, “VİT-Corciya” (Gürcüstan) 1:2 və “Yonsei”yə (Cənubi Koreya) 0:2 hesabları ilə uduzmuşdu. “Viktoriya (Braneşti, Rumıniya) ilə qarşılaşmada isə qapılara qol vurulmamışdı - 0:0.