Dare Nibombe Azərbaycan çempionatının səviyyəsini dəyərləndirdi
31.01.2011 - 13:00
“Azərbaycan çempionatı çox sürətlə inkişaf edir. Orada çox yaxşı infrastruktur var. Əksəriyyət braziliyalı, afrikalı, şərqi avropalı legionerlərdir ki, bu da çempionatın səviyyəsini qaldırıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın sabiq futbolçusu Dare Nibombe deyib.
Toqo milli komandasının üzvü Belçika mətbuatına müsahibəsində Azərbaycan çempionatının səviyyəsi və “Bakı”ya gəlişi haqda danışıb: “Hətta Emil Mpenza da Azərbaycanda oynayır. Mən deyərdim ki, çempionatın səviyyəsi çox yaxşı, məsələn Rumıniyada olduğu kimidir. Hər futbolçu üçün yeni ölkədə oynamaq bit çağırışdır. Mən də “Bakı”dan təklif aldım. Öze də onlar Abropa Liqasının təsnifat mərhələsində oynamalı idilər ki, bu da əlavə stimul idi. “Bakı”nın prezidentinin sözü mənim üçün bir çağırış idi. Mən də dəvəti qəbul etdim”.
Qeyd edək ki, Dare Belçikanın “Mons” klubu ilə müqavilə imzalayıb.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0