“Qəbələ” “Mançester Yunayted”lə qarşılaşmaq üçün İngiltərəyə yollanır
31.01.2011 - 14:26
“Qəbələ” “Mançester Yunayted”lə qarşılaşmaq üçün İngiltərəyə yollanır
Dünya səviyyəli kluba çevrilməyi qarşısına məqsəd qoyan “Qəbələ” Avropa futboluna inteqrasiya istiqamətdə fəaliyyətini davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu mənada uşaq futboluna böyük diqqət ayıran klub daha bir yeniliyə imza atır.

Belə ki, “Qəbələ”nin 14 yaşlılardan ibarət komandası yoldaşlıq oyunları keçirmək və Avropa futbolu ilə əyani tanış olmaq məqsədilə fevralın 6-da İngiltərəyə yola düşəcək. “Mançester Yunayted”, “Liverpul”, “Everton”, “Blekbern” və “Şeffild Yunayted” kimi klublarla qarşılaşacaq “Qəbələ” bununla da ilk belə addım atan Azərbaycan təmsilçisi kimi futbol tariximizə düşəcək.

9 günlük səfər müddətində komanda Liverpulda – “Suites” oteldə yerləşəcək. Səfər proqramına “Liverpul” Futbol Akademiyası ilə tanışlıq və ingilis klub rəsmiləri ilə işgüzar görüşlər daxildir.


İngiltərəyə yola düşəcək futbolçular:
Qapıçılar:Elçin Tağıyev, Aleksey Dedyukin.

Müdafiəçilər: Ayxan Əsədov, Həsənağa Ismayılov, Orxan Mehrəlizadə, Mirəli Məmmədzadə, Kənan Həsənov, Fərid Məmmədov, Bəhlul Mustafazadə.

Yarımmüdafiəçilər: Əli Səmədov, Samir Musayev, Nəriman Novruzlu, Bayramlı Fuad, Mirzəyev Sahil, Yusif Nəbiyev.

Hücumçular: Roman Huseynov, Fərid Əsədli, Ülvü İskəndərov.

“Qəbələ”nin oyunlarının proqramı:

8 fevral – “Mançester Yunayted”
9 fevral – “Everton”
10 fevral – “Liverpul”
12 fevral – “Blekbern”
14 fevral – “Şeffild Yunayted”