“O, bizim üçün lap Maradonadır”
31.01.2011 - 15:52
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Allan Lalin Hondurasın “Real Espana” klubuna keçməyə yaxındır. Apasport.az saytının məlumatına görə, bu klub honduraslı hücumçunun xidmətində çox maraqlıdır.
Klubun baş məşqçisi Mario Zanabria verdiyi müsahibədə Allanın transferinin onlar üçün əhəmiyyətindən danışıb: “Hücum xəttinin gücləndirilməsinə ehtiyacımız var. İndiki vəziyyətimizdə Allan Lalin bizim üçün Dieqo Maradonadır. O, komandaya bələddir və bizim nə istədiyimizi çox gözəl bilir. Elə biz də onu yaxşı tanıyırıq”.
Qeyd edək ki, Allan bu qış “Xəzər Lənkəran”dan kənarlaşdırılıb.

- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0