Bahodir Nasimov: “Xəzər Lənkəran”a qapıçımız da qol vursa olar
31.01.2011 - 16:13
"Neftçi"nın özbəkistanlı hücumçusu Bahodir Nasimovun klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın bombardiri iddialı danışıb.
- Bir müddət öncə Özbəkistan yığmasının heyətində zədə almışdınız. Hazırda özünüzü necə hiss edirsiniz?
- Zədədən sonra mənə bir az çətin oldu. İndi yavaş-yavaş özümə gəlirəm, fiziki formamı bərpa edirəm. Oyunlara hazırlaşıram. Özümü 70-80 faiz hazır hiss edirəm.
- "Neftçi" Antalyadakı ikinci təlim-məşq toplanışında iki yoxlama matçı keçirib. Bu oyunlar haqqında nə deyə bilərsiniz?
- Mər hər iki qarşılaşmada forma geyindim. Düzdür, axıra qədər mübarizə aparmadım. Buna hələlik fiziki formam imkan vermir. Sevindirici haldır ki, hər iki görüşü qələbə ilə başa vurduq. Məşqlərdə, oyunlarda var gücümüzlə işləyirik. Komanda şəklində çalışırıq ki, çempionata tam hazır olaq.
- Flaqman Ukrayna "Arsenal"ını 2:1 hesabı ilə məğlub etdiyi halda, daha güclü "Şturm"a 2 top fərqilə qalib gəldi. Avropanın adlı-sanlı komandalarından biri ilə görüş necə təsir bağışladı?
- "Şturm"la görüşümüz də çətin keçdi. Erkən qollar vurub, inamlı qələbə qazandıq. "Arsenal" da güclü komanda idi. Oyundan-oyuna "artırmaq" istəyirik ki, Premyer Liqada bizə çətin olmasın.
- 2 oyunda 3 qol vurmusunuz. Demək olarmı ki, əsl Bahodir qayıdıb?
- Bu təlim-məşq toplanışı hələ hər şey demək deyil. İnşallah, Premyer Liqada qollarımın davamının gəlməsini arzulayıram. Əsas odur ki, komandamız çempionatda fərqlənib, xal ehtiyatını artırsın və qızıl medallara yiyələnsin.
- Premyer Liqanın cari mövsümündə 15 qol vurmusunuz. Qış fasiləsindən sonra neçə dəfə fərqlənə biləcəyinizi düşünürsünüzmü?
- Şübhəsiz ki, çempionatın bombardiri olmaq istəyirəm. Ancaq mövsümün sonunadək neçə qol vuracağımı dəqiq deyə bilmərəm. Bizim əsas məqsədimiz "Neftçi"nin çempion olmasıdır.
- "Şturm"la görüşün ikinci hissəsində hücumda Emil Mpenza ilə birgə oynayırdınız. Necə fikirləşirsiniz, sizin tandeminiz alınır?
- Təkcə təlim-məşq toplanışında deyil, həm də çempionat matçlarında Emillə duet şəklində oynamışıq. Mənə elə gəlir ki, bizdə tandem alınır.
- Bir çox vacib oyunlarda fərqlənmisiniz. Lakin bütün "Neftçi"sevərlər "Xəzər-Lənkəran"ın qapısına yol tapmağınızı səbirsizliklə gözləyirlər. Bu dəfə onları sevindirə biləcəksinizmi?
- Bu qarşılaşmaya ciddi hazırlaşırıq. Fevralın 13-də vacib oyuna çıxacağıq. Çalışacağam ki, qol vurub, komandamın qələbəsində pay sahibi olum. Fərqi yoxdur rəqibi "Neftçi"nin hansı oyunçusu məyus edəcək. "Xəzər Lənkəran"a lap qapıçımız da qol vursa olar. Təki bu matçda qalib gələk!

0
0