AFFA-nın Konfransının vaxtı və gündəliyi dəqiqləşib
31.01.2011 - 17:17
AFFA-nın Konfransının vaxtı və gündəliyi dəqiqləşib
AFFA-nın növbəti Konfransının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, tədbir martın 4-də keçiriləcək. AFFA-nın inzibati binasında baş tutacaq tədbir saat 11:30-da başlayacaq.

AFFA-nın Nizamnaməsinə uyğun olaraq, Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər

Mənbə: affa.az