Sadıq Sadıqov: Bu qələbə böyük əks-səda doğurub
01.02.2011 - 09:12
“Çox şadam ki, komandamız təlim-məşq toplanışını uğurla keçir. Həm Ukraynanın “Arsenal”, həm də Avstriya “Şturm”u üzərində qələbələrə ürəkdən sevindim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
Sadıqov Türkiyənin Antalya şəhərinə gələrək, burada təlim-məşq toplanışı keçən komandanın düşərgəsinə baş çəkib. Klub rəhbəri futbolçu, məşqçi və texniki heyətlə səmimiyyətlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
O, “Neftçi”nin Antalyada keçirilən ikinci təlim-məşq toplanışında ardıcıl 2 qələbə qazanmasının Bakıda əks-səda doğurduğunu bildirib: “Xüsusilə, Avstriyanın ən güclü komandalarından sayılan “Şturm”u məğlub etməyiniz böyük əks-səda doğurub. Bakıda demək olar, bütün futbolsevərlər sizin qələbələrdən danışır”.
Qeyd edək ki, yanvarın 24-də start götürən “Neftçi”nin ikinci təlim-məşq toplanışı fevralın 4-də yekunlaşacaq. Klub prezidenti Sadıq Sadıqovun flaqmanın qarşıdakı yoxlama matçlarını izləməsi nəzərdə tutulub.

0
0