Emil Mpenza “Neftçi”nin düşərgəsini tərk etdi
01.02.2011 - 09:18
Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubunun hücumçusu Emil Mpenza tibbi müayinədən keçmək üçün Belçikaya yollanıb. Apasport.az-ın “ağ-qaralar”ın rəsmi saytına istinadən məlumatına görə, belçikalı legioner flaqmanın baş məşqçisindən icazə alıb və klub rəhbərliyinin də razılığı ilə səfərə çıxıb.
Təcrübəli hücumçu öz istəyi ilə Belçikada şəxsi həkimi tərəfindən müayinə olunacaq. Tibbi müayinədən sonra Mpenza komandanın Antalyadakı düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, Emil diz nahiyəsindəki ağrılardan əziyyət çəkir. Futbolçu “Neftçi”nin Antalyada keçirdiyi ikinci təlim-məşq toplanışı çərçivəsində tibbi müayinədən keçib.

0
0