Köhnə tanış və ya Ukraynanın “qoca”sı
02.02.2011 - 00:00
Azərbaycan yığması bu gün növbəti yoxlama matçında qüvvəsini sınayacaq. Apasport.az saytının xəbərinə görə, millimiz tarixində ən ağır zərbəni aldığı ukraynalılarla qarşılaşacaq.
Dubay toplanışında rəqibimiz olan “Metallist”in təmsil etdiyi Ukrayna millimizi biabırçı hesabla üstələyib. Məsələ ondadır ki, yığmamız 19 illik tarixində yoldaşlıq görüşlərində ilk böyük hesablı məğlubiyyəti məhz bu ölkənin millisindən alıb. 2006-cı ilin avqustun 15-də Kiyevdə keçirilən həmin oyun 0:6 hesablı məğlubiyyətimizlə nəticələnib. Millimiz bundan 3 il sonra, iyunda Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya yığmasından da 6 cavabsız qol görüb.
Ukraynalılarla nə seçmə mərhələlərdə, nə də avrokuboklarda görüşmüşük. Qarşılaşmalar daha çox yoxlama oyunları və “Birlik kuboku”na təsadüf edib. Hər halda, Ukraynanın ən güclü, titullu klubları olan Kiyev “Dinamo”sunu Rusiyadakı turnirdə məğlub edə bilmişik. 21 yaşlılardan ibarət yığmamız “Şaxtyor”a 2003-cü ildə 2:1, “Neftçi” “Dinamo”ya 2005-ci ildə 1:0 hesabı ilə qalib gəlib.
Ukrayna Premyer Liqasında son mövsümdə bürünc medal qazanan “Metallist” ölkəsinin ən “qoca” klublarındandır. Belə ki, 1925-ci ildə yaranan komanda 67-ci ildən bu adı daşıyır. SSRİ dövründə dəfələrlə “Neftçi” ilə görüşən “Metallist” ən böyük uğuru 1988-ci ildə SSRİ kubokunu qazanması olub. 1992-ci ildən Ukraynanın milli çempionatlarında daim iştirak edən xarkovluların nailiyyəti 3 dəfə bürünc medal (2007, 09, 10) qazanmasıdır. Yeri gəlmişkən, “Metallist”in 2005-ci ildən baş məşqçisi Miron Markeviç ötən il Ukraynanın ən yaxşı məşqçisi seçilib.
Rəqibimizin heyətində daha çox yerli futbolçular oynasa da, legionerlər yetərincədir. Bunlar arasında hətta məşhur boksçu Taysonun həmsoyadı da var. Bu hücumçu fasilədə Braziliyanın “İnternasional” klubundan gəlib. Ukrayna yığmasının və “Şaxtyor”un sabiq hücumçusu Andrey Vorobey də “Metallist”in yeni transferlərindəndir.
Klubun tarixində ən tanınmış futbolçular arasında milli çempionatımızın iştirakçısı olan Sergey Skaçenko da var. Karyerasını 2006-cı ildən bir mövsüm keçirdiyi “Turan”da (20 oyun, 4 qol) bitirən ukraynalı hücumçu SSRİ dağılan zaman “Metallist”də (1991-ci il, 9 oyun, 2 qol) oynayıb.
Qeyd edək ki, çempionatda 3-cü yerdə gedən “Metallist” Avroliqanın 1/16 final mərhələsində Almaniyanın “Bayer” klubu ilə görüşəcək. Komanda UEFA-nın reytinqində 59-cu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) reytinqində 135-dir.
Mehman SÜLEYMANOV

0
0