Havaya sovrulan pullar: Biz kimi və necə seçirik?
02.02.2011 - 00:03
Bugünlərdə Avropa ölkələrinin milli çempionatları ilə bağlı maraqlı hesabat açıqlandı. 2009/10 mövsümünün yekunlarına əsasən tamaşaçı sayı, klubların gəlirləri, borcları və transferləri kimi müddəaların araşdırıldığı hesabatda Azərbaycan çempionatı da qeyd olunub. Lakin Premyer Liqamız müsbət mənada fərqlənməyib. Belə ki, klublarımızın transfer siyasəti sayəsində çempionatımızın ən çox ziyana düşən 3 çempionat sırasında qərarlaşdığı bəlli olub. Ukrayna və Danimarka ilə yanaşı ilk "üçlük"də qərarlaşan çempionatımız 4-cü olan Türkiyə Superliqasını da arxada qoyub. Təəssüf ki, klublarımız cari mövsümdə də uğursuz transfer çalışmalarını davam etdirməkdədir. Təsadüfi deyil ki, yeni çempionatda da debüt edən legionerlərin çox az bir qismi ümidləri doğrultdu.
Nasimov və daha bir neçəsi
"Neftçi" çempionatın lideri olmaqla bərabər, yay fasiləsində uğurlu bazarlıq edən kollektivlərin başında gəlir. Flaqmanın 3 əcnəbisini - Bahodir Nasimov, Flavinyo və İqor Mitreskini bu mənada fərqləndirmək olar. Nasimovu təkcə "Neftçi"nin deyil, ümumilikdə ölkəmiz üçün ən yaxşı transfer kimi qələmə vermək mümkündür.
Debüt etdiyi mövsümdə 10 oyunda meydana çıxan Flavinyo 4 dəfə fərqlənməyə macal tapıb. Amma onun ən böyük üstünlüyü qol vurmağı yox, "Neftçi"nin ön xəttə fəal görünməsinə çox yaxşı təkan verməsidi. Nasimov və Flavinyodan fərqli, Mitreski arxa xətdəki inamlı oyunu ilə "Neftçi"nin uğur qazanmasına öz töhfəsini verir. Cari çempionatda 18 oyunda forma geyinən Makedoniya yığmasının üzvü 1 dəfə qol vurmağa da macal tapıb.
Cari çempionatda əla çıxışı ilə hər kəsi yaxşı mənada təəccübləndirən AZAL-ın heyətində iki debütantın çıxışını ayrıca qeyd etməyə dəyər. Hər halda, "təyyarəçilər"in hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmasında ən böyük pay sahibi Qvidas Yuşka və Zohair Benouahidi. Qvidas "Gəncə"nin forvardı Junivan Suareslə birgə çempionatın bombardiri Nasimovun ən yaxın izləyicisidi. AZAL-ın bütün çempionat oyunlarında meydana çıxan litvalı hücumçu indiyədək 9 dəfə rəqib qapıçıları məyus edib. Zohair isə Yuşkadan 4 dəfə az fərqlənsə də, komandanın ən aparıcı simasıdı. Təsadüfi deyil ki, mərakeşli yarımmüdafiəçinin iştirak etmədiyi oyunlarda "təyyarəçilər" xal itkisi ilə üzləşib.
İngiltərə Premyer Liqasında iş təcrübəsi olan Deon Barton Toni Adamsın yayda "Qəbələ"yə gətirdiyi futbolçulardandı. Lakin yeni gələn əcnəbilər arasında bircə o əyalət təmsilçisinin inamlı çıxışına əhəmiyyətli dərəcədə təsir edir. Çempionatın qolçuları sırasında yer alan yamaykalı hücumçunun hesabında artıq 7 qol var.
"Bakı" bərbad çıxışı ilə diqqət çəksə də, Stefan Borbikonini cari mövsümün uğurlu transferləri siyahısına yazmaq olar. Yay "transfer pəncərəsi"nin bağlanması ərəfəsində Fransa "Mets"indən 1 illiyə icarəyə götürülən legioner gələn gündən daim əsas heyətdə yer alır. O, müdafiədə etibarlı olmaqla yanaşı, standart vəziyyətlər zamanı hücuma qoşulmaqla rəqibləri üçün təhlükə yaradır.
"Bakı"nın transfer siyasəti faciəvidi
Təəssüf ki, yeni gələn yadellilər arasında yerli oyunçulardan fərqlənənlər yuxarıda sadaladıqlarımızla məhdudlaşır. Digərləri isə demək olar ki, həmyerlilərimizdən heç nə ilə fərqlənmir. Belə olan halda onların ölkəmizdə nə işi var? Klublarımız niyə pullarını küləyə sovurur?
Cari mövsümdə transfer sarıdan ən çox bəxti gətirməyən komanda "Bakı"dı. "Zolaqlılar"ın alış-verişini yalnız "faciəvi" təyini ilə ifadə edə bilərik. Təsəvvür edin, artıq komandadan qovulan Vinfred Şaferin yayda "Bakı"ya gətirdiyi Joel Epalle, Anqulo Cefferson, Dare Nibombe və Saşa Kaykut artıq paytaxt klubuna lazım deyil. Yalnız sonuncu qış toplanışında özünü göstərmək üçün rəhbərlikdən vaxt istəyib. Digərləri isə artıq yola salınıb. Bu isə o deməkdi ki, "Bakı" uğursuz transfer siyasətinə görə külli-miqdarda ziyana düşüb.
Rumınların "Xəzər-Lənkəran" "sevdası"
"Xəzər-Lənkəran" hazırda yaxşı nəticə qazanmağa davam etdiyindən baş məşqçi Mirça Redniki kəskin tənqid etmək olmur. Amma "rumınlaşdırma" siyasətinin yanlış olduğu hamıya bəllidir və onu da bilirik ki, sabah Rednik istefaya göndərilsə, "Xəzər-Lənkəran" onun gətirdiyi futbolçuları da təzminat ödəməklə yola salmalı olacaq.
Rednik özü yayda komandasına götürdüyü futbolçulardan Denis Romanov, Adrian İordaçe, Dieqo Ruiz kimi oyunçuları qışda qovursa, onu əvəzləyəcək başqa birisi rumınları ümumiyyətlə, bəyənməyəcək.
Amma Rednik hələ də öz işindədi. Vətənində verdiyi açıqlamalarda "Xəzər-Lənkəran"ın bəzi Rumıniya klubları ilə müqayisədə 5 qat artıq maaş və mükafat ödədiyini deyən baş məşqçi həmyerlilərini əməlli-başlı şirnikləndirib. Təsadüfi deyil ki, rumıniyalı futbolçular "Xəzər-Lənkəran"ın adı gələndə ilk növbədə pul amilindən söhbət açırlar.
Klublarımız siyasətini dəyişməlidir
Əcnəbi transferi sarıdan bütün klublarımızın fəaliyyəti ürəkaçan deyil. Düzdü, ara-sıra bəzi istisnalar olur. Amma ümumilikdə vəziyyət acınacaqlıdı. Əksər hallarda klublarımızın transfer çalışmalarını birbaşa baş məşqçilər aparırlar və bu işdən yaxşıca qazanc götürürlər. Təmsilçilərimizin seleksiya işi "sıfır" səviyyəsindədi. Məhz bu səbəbdən oyunçularla menecerlər vasitəsi ilə əlaqə qururlar. Belə olan halda isə alınan malın keyfiyyətli çıxma ehtimalı bir qədər də azalır.
Klublarımızın əcnəbi oyunçulara lazım olandan artıq pul ödədiyi də məlum məsələdi. Düzdü, çempionatın səviyyəsi azaldıqca yaxşı oyunçunun da qiyməti qalxır. Amma bizimkilər elə superulduz transfer etmirlər ki, hələ bir ətək də pul ödəsinlər.
Növbəti hesabatlarda "qara siyahı"ya düşməmək üçün təmsilçilərimiz işlərini peşəkar qurmalıdılar. Əgər klublarımızda yaxşı seleksiyaçı-məşqçilər olsa, onlar daha ucuz və keyfiyyətli oyunçu tapa bilərlər. Bunun üçün sadəcə, cəhd etmək lazımdı.
ŞAMO, Ekspressfutbol qəzeti

0
0