Torresin əvəzləyicisi də rekord vurdu
02.02.2011 - 00:29
Torresin əvəzləyicisi də rekord vurdu
Fernando Torresi rekord məbləğə "Çelsi"yə satan "Liverpul" onun mövqeyində yarana biləcək boşluğu doldurmaq üçün yeni forvard transfer edib. Apasport.az saytının xəbərinə görə, söhbət "Nyukasl"ın ingilis futbolçusu Endi Kerolldan gedir.

"Mersisaydlar" qarşı tərəfə 35 milyon funt-sterlinq ödəyərək 22 yaşlı oyunçu ilə 5,5 illik müqavilə imzalayıb. Bununla da Endi premyer-liqada transfer olunuan ən bahalı ingilis futbolçu kimi tarixə düşüb. O, bu kriteriyada 2002-ci ildə "Lids"dən "Mançester Yunayted"ə transfer olunmuş Rio Ferdinandın rekordunu əlindən alıb.

Keroll yeni komandasının sabiq futbolçusu Torresə məxsus olan 9 nömrəli formanı geyinəcək. Gənc forvard cari mövsüm "Nyukasl"la çıxdığı 20 matçda rəqib qapıçılarını 11 dəfə cəzalandırıb.