Aliyə Vəliyeva alman futbolçuları şoka saldı
02.02.2011 - 09:43
Aliyə Vəliyeva alman futbolçuları şoka saldı
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri “TV 1880 Nabburq” klubunun qızlardan təşkil olunmuş U-17 komandası ilə oyunda qüvvəsini sınayıblar. Qarşılaşma 7:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Şəfəq Nəsirova, Olya Şioşvili, Ləman Bağırova və Aysun Əliyevanın hərəyə 1 qol vurduğu qarşılaşmada Aliyə Vəliyeva het-trik edib.
0