Hacı Hacıyev azərbaycanlı müdafiəçidən imtina etdi
02.02.2011 - 10:38
Azərbaycanlı futbolçu Rüstəm Abbasovun Rusiyanın “Anji” klubuna keçidi reallaşmayıb. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin baş məşqçisi Hacı Hacıyev baxışa gələn, Rusiyanın Tolyatti şəhər futbol məktəbinin yetirməsi olan müdafiəçimizi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Özbəkistanın “Şurtan” klubuna qalib gəldikləri son yoxlama oyununda (2:0) meydana buraxmayıb. Hacıyev imtina etdiyi 3 futbolçu arasında Abbasovun adını çəkib. O, hazırlıqda çox bəyəndiyi futbolçular arasında millimizin üzvü Mahir Şükürovun adını çəkməsə də, ümumilikdə hamıdan razı qaldığını bildirib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0