Qazaxıstan yığmasının məqsədi
02.02.2011 - 10:57
Qazaxıstan yığmasının məqsədi
Qazaxıstan yığmasının yeni baş məşqçisi Miroslav Beranek Azərbaycan millisindən ehtiyatlanmır. Apasport.az saytının məlumatına görə, Qazaxıstan Futbol Federasiyasının baş katibi Sayan Həmitcanov “1+2” sistemi ilə müqavilə bağladıqları 53 yaşlı çexiyalı mütəxəssislə bağlı seçimlərini açıqlayarkən, bizlərin marağına səbəb olan fikirlər səsləndirib.

O bildirib ki, Beranek yığmamızı Avro-2012-nin qrup mərhələsində sonda saxlamağı öhdəsinə götürüb: “Biz baş məşqçi postuna müxtəlif namizədlərlə əlaqə saxladıq. Ancaq onların hamısı daha uzun müddətli – 2-3 illik müqavilə bağlamaq istəyirdilər. Bununla da növbəti seçmə mərhələdə də postlarında qalmağı özlərinə təmin etmək fikrində idilər. Potensial namizədlərimizi qrupdakı rəqiblərimiz olan Almaniya, Belçika, Türkiyə, Avstriya yığmalarının gücü qorxutdu. Ən əsası, onlar cari seçmə mərhələdə qarşılarına vəzifə qoyulmasını istəmirdilər. Xüsusilə, bu amil bizi qane etmədi. Yalnız Beranek bundan qorxmadı. Bu isə qrupdakı mübarizəni Azərbaycandan yuxarı bitirməkdir. Kəsəsi, yığmamızın baş məşqçisinin qarşısında 5-ci yeri tutmaq, yəni Azərbaycanı keçmək vəzifəsi qoymuşuq. Çexiyalı mütəxəssislə müqaviləni uzadıb-uzatmayacağımızı ilin sonunda biləcəyik. Yəni, bu il eksperiment olacaq. Əgər tərəflər bir-birlərini qane etsələr, onda müqavilə 2013-cü ilin sonuna kimi uzadılacaq”.

Qeyd edək ki, hazırda hesabında xal olmayan Qazaxıstan qrupumuzda sonuncu yerdə gedir. Beranek millimizlə ilk görüşünü bu ilin iyununda evdə keçirəcək.