Antalyada Azərbaycan dueli
02.02.2011 - 11:00
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri elə Azərbaycan təmsilçisi ilə görüşəcək. Yığmamız Ağdamın “Qarabağ” klubu ilə matçda qüvvəsini sınayacaq. Bu, qışda Antalyaya yollanan çoxsaylı komandalarımızın iştirakı ilə keçiriləcək ilk Azərbaycan dueli olacaq. Belə ki, bu il komandalarımız ölkə xaricində bir-biri ilə oynamamışdılar. Qarşılaşma fevralın 3-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0