Rusiyalı məşqçi Azərbaycanda işləmədiyinə görə təəssüflənir
02.02.2011 - 11:25
Rusiyalı məşqçi Azərbaycanda işləmədiyinə görə təəssüflənir
Tanınmış rusiyalı məşqçi Valeri Petrakov Azərbaycandan təklif alıbmış. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə “Alaniya” klubundan ayrıldıqdan sonra işsiz qalan 53 yaşlı mütəxəssis bildirib ki, ölkəmizdən aldığı dəvəti qəbul etmədiyi üçün təəssüflənir: “Maraqlı təkliflər olurdu. Ancaq bunlar xaricdən idi və qəbul etmədim. İndi düzünü deyim ki, bir az təəssüflənirəm. Məni Ukraynaya, Azərbaycana çağırırdılar. Polşada mənimlə maraqlanırdılar. Əlbəttə, 1-ci diviziona da gedərəm. Bir şərtlə ki, komanda qarşısında ciddi vəzifələr qoysun”.

Qeyd edək ki, Petrakov milli komandamızın sabiq qapıçısı Aleksandr Jidkovla uzun illər birgə çalışıb. Belə ki, həmyerlimiz 2003-cü ildə məhz bu mütəxəssisin çalışdırdığı Rusiyanın “Tom” klubunda futbolçu karyerasını bitirib. Petrakov 2004-05-ci illərdə “Moskva”, 2006-08-ci illərdə “Tom” klubunu çalışdırdığı zamanı Jidkov qapıçılarla işləyən məşqçi kimi onun köməkçisi olub.
0