“Biz lap üç muşketyor kimiyik”
02.02.2011 - 11:30
“Çox sevinirik ki, yenə bir yerdə oynayacağıq. İstəyirik ki, hamıdan yaxşı olaq. Biz lap üç muşketyor kimiyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun yeni transferi Adrian Skarlatake deyib.
Rumıniyalı futbolçu Hristu Kiyaku və Nikolau Muşatla münasibətlərinə toxunaraq, uzun illər birlikdə olduqlarını bildirib: “Bizim çox yaxşı və qiymətli məşqçimiz var. Bunun da sayəsində Azərbaycan çempionu olacağıq. Rumıniyanı tərk etməyim onunla bağlıdır ki, dəyişiklikləri zəruri saydım. Etiraf edim ki, maliyyə məsələsi də qərarıma təsir etdi”.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü olan Muşat-Skarlatake-Kiyaku “üçlüy”ü 1994-cü ildə Buxarest “Dinamo”sunun futbol məktəbində oynamağa başlayıblar. Uşaqlıq dostları uzun müddət klubun müxtəlif komandalarında birgə çıxış etsələr də, bəzən icarə əsasında başqa komandalara keçdikləri üçün ayrılıblar.

0
0