“Xəzər Lənkəran”ın futbolçusu restoran açacaq
02.02.2011 - 14:43
“Futbolçu karyeramı bitirəndən sonra məşqçi olmaq istəmirəm. Futbol həyatı çox ağırdır: toplanışlar, səfərlər. Bu idman növündən ayrıldıqdan sonra başqa meydanlarda olacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun yeni transferi Aleks Pitsurka deyib.
27 yaşlı futbolçu artıq indidən futboldan gedəcəyi gün haqda düşünür: “Mən restoran, ya da kafe açacağam. Bu, elə iş olmalıdır ki, normal aylıq qazancım olsun. Belə olan halda, qocalığı rahat tərzdə keçirə bilərəm. Uşaqlara isə idmanla məşğul olmağı tövsiyə edirəm. Çünki bu, xeyirlidir”.
Qeyd edək ki, Aleks məşhur rumın məşqçi Viktor Pitsurkanın oğludur.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0