AZAL-da yeni legioner - FOTO
02.02.2011 - 16:26
Bakının AZAL klubu heyətinə yeni futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, Antalyada təlim-məşq toplanışını başa vuraraq Bakıya dönən “təyyarəçilər” daha bir legionerin keçidini həll ediblər. Bu, sonuncu klubu Bolqarıstan “Levski”si olan Enyo Krastovçevdir.
Hücumçu olan bolqarıstanlı Krastovçevlə 2 illik müqavilə bağlanılıb. AZAL-ın hazırlıq çərçivəsində Türkiyədə “Volın”la keçirdiyi yoxlama oyununda meydanda olan və qol da vuran legioner bu gün Bakıya gələcək. Qış hazırlıq mərhələsində heyətini 4 yeni futbolçu ilə gücləndirən AZAL bununla da transfer fəaliyyətini yekunlaşdırıb.
Qeyd edək ki, Bakı klubu Krastovçevdən öncə Mənsur Limani (Albaniya), Gennadi Bliznyuk (Belarus) və Ritus Krijaklisi (Latviya) də rənglərinə bağlamışdı.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0