“Neftçi” “Kartalspor”un ehtiyat oyunçular skamyasından oyunçu gətirdi
02.02.2011 - 16:31
“Neftçi” qış fasiləsində ikinci transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Türkiyənin "Kartalspor" klubunun qapıçısı Vitali Kovalyovla müqavilə bağlayıb.
Türkiyə çempionatının aşağı dəstəsində çıxış edən komandada ehtiyat oyunçular skamyasının əbədi sakini olan 34 yaşlı əlcək sahibi cari mövsümün sonunadək əvvəllər də oynadığı "ağ-qaralar"ın şərəfini qoruyacaq. Kovalyov "Kartalspor"dan azad agent statusu ilə ayrılıb. Buna səbəb türkiyəlilərin qapıçıya ehtiyac duymayaraq onunla yollarını ayırmaq istəməyi səbəb olub.
Qeyd edək ki, cari mövsümün arxada qalan hissəsində meydana çıxmayan Kovalyov “Kartalspor”da sonuncu dəfə ötən çempionat meydana çıxıb. Vitalinin Azərbaycanda son klubu “Karvan” olub ki, 2008/09 mövsümünün sonuna bir neçə tur qalmış oradan qovulub.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0