“Neftçi”yə təklif olunan braziliyalı - FOTO
02.02.2011 - 16:43
“Neftçi”yə təklif olunan braziliyalı  - FOTO
“Xəzər Lənkəran”la əməkdaşlıq edən rumıniyalı FİFA agenti Ana Mariya Prodan digər Azərbaycan komandaları ilə də çalışmağın əleyhinə deyil. Apasport.az saytının məlumatına görə, həmyerlilərinin cənub təmsilçisinə keçidində vasitəçi olan xanım artıq “Neftçi”yə də oyunçu təklif edib.

Rumıniya mətbuatı iddia edir ki, Prodan braziliyalı Junior Moraeşi paytaxt təmsilçisinə təklif edib. “Santos” klubunun yetirməsi əvvəl “Xəzər Lənkəran”a təklif olunsa da, cənubi amerikalı Rusiyadan aldığı təkliflər üzündən lənkəranlılara “yox” demişdi. Lakin şimala transfer baş tutmayınca, Junior Rednikdən təklif gözlədiyini açıqladı. Amma artıq “Xəzər Lənkəran” da heyətini formalaşdırmışdı.

Bundan sonra Prodan Krayova “Universtatya”sında çıxış edən Junioru Ukraynaya – “Dnepr”ə təklif edib. Lakin Dnepropetrovsk təmsilçisi ona ehtiyac duymayıb. Futbolçunun özü isə “Xəzər Lənkəran” variantında olduğu kimi, “Neftçi”yə keçməkdə də tərəddüd edir.